“Qafqazinfo”nun Tabloid.az-a istinadən sizə təqdim etdiyi 9 qidanı rasionunuza daxil edin və nəticəni öz gözünüzlə görün.
Moruq
O, hüceyrələri yağlardan azad edir. Həmçinin moruq, sidikqovucu təsir göstərərək maddələr mübadiləsinin tezləşməsinə səbəb olur və orqanizmi toksilərdən təmizləyir.
Qreypfurt
Ən yaxşı yağ parçalayan meyvədir. Qreypfrut yağ ehtiyatının artmasına səbəb olan insulin hormonunu azaldır. Ona görə də yeməkdən sonra qreypfrut şirəsi və ya yarım qreypfrut yeməyiniz məsləhət görülür.
Ananas
Ananasın tərkibində bromelin fermenti var, bu isə yağların əriməsinə kömək edir. Ananas ət, balıq və süd məhsullarının həzminə yaxşı təsir göstərir. Bu meyvəni dərhal yeməkdən sonra şirə şəklində və ya meyvə şəklində yemək məsləhət görülür.
Kələm
Kələmdə sellüloz var ki, o, həzmi yaxşılaşdıraraq, orqanizmi təmizləyir.
Darçın
Darçın məhz qarın nahiyəsində olan yağlardan xilas olmaqda kömək edir. O, qanda olan şəkərin səviyyəsini normallaşdırır. Onu meyvə salatının üzərinə əlavə etsəniz, daha yaxşı effekt əldə edəcəksınız.
Zəncəfil
Bu ədviyyat qan dövranını yaxşılaşdıraraq həzmə çox kömək edir. Bir hissəsini kəsib üstünə qaynar su əlavə edin. Əlavə olaraq limon suyu və bal da qatmaq olar.
Süd məhsulları
Qatıq, kəsmik və yoqurtun tərkibində kalsitriol hormonu var. O, orqanizmi kalsium ilə təmin edərək, hüceyrələri ziyanlı yağlardan imtina etməyə məcbur edir. Həmçinin bu məhsulların tərkibində bir çox bakteriyalar olduğundan maddələr mübadiləsini yaxşılaşdırır.
Su
Orqanizmdə su çatışmadıqda metobolizm dayanır, bu halda orqanizm özü su əldə edir. Bu isə şiş və yağ ehtiyatının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə bəzi hallarda aclığı susuzluqla səhv salmaq mümkündür, bu halda çox yemək istədikdə 1 stəkan su içmək məsləhət görülür.
Yaşıl çay
Gündə 2 fincan yaşıl çay içmək lazımdır. Onun tərkibindəki maddələr orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa kömək edir.
Son xəbərlər
Son Xəbərlər