Yalan rəyə görə 250-450 manat arası cərimə gözləyir

yalan-reye-gore-250-450-manat-arasi-cerime-gozleyir
Oxunma sayı: 1489

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsinə 275.3-cü maddə əlavə edilməsi təklif edilib. Yeni maddədə qeyd olunur ki, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə-iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur.

Qanuna təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Günel Türksoy