“Yalançı qalmaqallardan əl çəksələr...”

yalanci-qalmaqallardan-el-cekseler
Oxunma sayı: 788


“Balaca uşaqdan çox şey tələb etmək olmaz. Bizim şou-biznes təzədir, yaşı azdır. Gələcəkdə hər şey yaxşı olacaq. Həmkarlarım bir az yalançı qalmaqallardan əl çəksələr, hər şey düzələcək”. 

Elçin Hüseynov yaradıcılıq planlarından da danışıb: “Bir aydır ki,   “Yalanın adı” klipim işıq üzü görüb. Yeni mahnı və albomumu payız aylarında dinləyicilərin ixtiyarına verəcəm. Əslində müğənni albomdan gəlir əldə etmir.  Toydan başqa heç bir yerdən gəlirimiz yoxdur. Xalqın diqqətini toylarda görürük. Tamaşaçılara təşəkkür edirəm ki, bizi bu yerə gətirib çıxardıblar.   İşimizdir deyə albom hazırlayırıq. Əvvəl ildə iki disk, 3-4 mahnı hazırlayırdıq. Lakin artıq həvəsdən düşmüşük, bu da gəlir əldə edə bilməməyimizdən irəli gəlir. Arzu edirəm ki, bizim şou-biznes də dünya şou-biznesi kimi yaxşı olsun”.