“Yalı çapkını” serialının ulduzları Beril Pozam və Ersin Arıcı evlənir.
“Qafqazinfo” “Takvim” nəşrinə istinadən xəbər verir ki, ekran işinin çəkilişi zamanı tanış olan cütlük avqustun 19-da nikah masasına oturacaq.
Bildirilib ki, təxminən 1,5 ildir gözlərdən uzaq eşq yaşayan Beril və Ersin sadə toy mərasimi keçirəcəklər.
Qeyd edək ki, Pozam serialda “Suna”, Arıcı isə “Abidin” obrazını canlandırır.