Sürücülər maşınları əksər vaxt avtobus dayanacaqlarında, səkilərdə, parklarda saxlayır. Bu cür “harada gəldi, necə gəldi” parklama digər sürücülərlə yanaşı piyadaların da hərəkətinə mane olur.
“Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, bu mənzərə də eyni qəbildəndir. Amma bu mənzərə bir qədər fərqlidir. Bu dəfə sürücülər nə səkini zəbt edib, nə də avtobus dayanacağına giriblər. Sürücülər bu dəfə birbaşa zibil qutuları üçün ayrılan, hətta hasarlanan ərazini zəbt ediblər.
Qeyd edək ki, foto Bakıxanov qəsəbəsində, “Akkord”un yeni tikilən yaşayış binalarının birinin eyvanından çəkilib. Bu mənzərəni hamı, yəqin ki, həmin məhəllənin kommunal-təsərrüfat işlərinə məsul şəxslər də görür. Amma heç kim bu suallara cavab tapa bilmir: zibil qutuları onlar üçün ayrılmış yerdən necə çıxıb, bir neçə addım “kənara çəkilib”, bunu kim edib?

Son xəbərlər
Son Xəbərlər