“Yalnız onlar kədərlənəndə çox güldüyümü bilir...”

“Yalnız onlar kədərlənəndə çox güldüyümü bilir...”
Oxunma sayı: 3863

“Sen çal kapımı” serialının ulduzu Hande Erçel dünyaca məşhur “Vogue” jurnalının siması olub.

“Qafqazinfo” xəbər verir ki, dərginin Türkiyə şöbəsinin üz qabığında yer alan aktrisa müsahibə də verib. Erçel bildirib ki, kədərli olduğu zaman həmişə gülür və bununla rahatlıq tapır:

“Yaxın dostlarımdan başqa heç kim kədərlənəndə çox güldüyümü bilmir. Gecə üzmək və fasiləsiz rəqs etmək problemlərimin öhdəsindən gəlmək üçün istifadə etdiyim metodlardan biridir. Elə günlər var ki, yataqdan qalxmaq istəmirəm. Bu kimi günlərdə özümə fasilə ayırıram və bu hissi yaşayıram ... Daha sonra məndən başqa heç kimin mənə fayda verməyəcəyini xatırladıram, özümü həyatımın mərkəzinə qoyaraq həvəslənirəm”.