“Qafqazinfo” xəbər verir ki, iyunun 19-u Azərbaycanın qazandığı medalların sayı 30-a çatıb.
Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 27 qızıl, 12 gümüş, 10 bürünc (49).
Azərbaycan da mövqeyini qoruyub. Ölkəmiz ikinci yeri əldən verməyib (13 qızıl, 5 gümüş, 12 bürünc).
Reytinq cədvəlinin üçüncüsü son üç gündə olduğu kimi Macarıstandır (7 qızıl, 2 gümüş, 5 bürünc).
Oyunların səkkizinci günü Türkiyə bir pillə geriləyib, 7-ci yerdə qərarlaşıb (5 qızıl, 3 gümüş, 13 bürünc).
Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik:

Son xəbərlər
Son Xəbərlər