“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist müğənnilərdən söhbət açıb: “İlk dəfə toya 1971-ci ildə getmişəm. Bütün konsertlərim səhnədə olub, 71-ci ildə güclə toya apardılar. Yalvarırdım ki, toya getmək istəmirəm. Toya gedəndən sonra dərk etdim ki, oradakı insanlarda azərbaycanlılardı, hörmətli şəxslərdi. Sənətçilər özlərini səhnə və toy müğənniləri olaraq adlandıraraq səhvə yol veriblər. Sovet dövründə “ara müğənniləri” sözü yarandı. O vaxt kolxozdan, erməni-müsəlman dostluğundan bəhs edən mahnılar oxuyurduq. İfa etməyənlərə “ara müğənnisi” deyirdilər. Sevgi haqda oxuyan bəzi xalq artistlərimizə də “ara müğənnisi” deyirdilər, qəzetlərdə haqqımızda “hamı çıxıb yar-yar deyir” başlıqlı yazılar dərc olunurdu. Müasir dövrün müğənniləri haqda danışmaq istəmirəm. Onu demək istəyirəm ki, düşünsünlər ki, Azərbaycan xalqı üçün oxusunlar. Yeni ifaçılar fonoqram ilə oxuyur. 42 ildir toylarda canlı ifa edirəm.”
Son xəbərlər
Son Xəbərlər