Yaman yerdə büdrədilər- - Video

yaman-yerde-budrediler-
Oxunma sayı: 1295

“Qafqazinfo” xəbər verir ki, “Elazığspor”a qonaq olan “Fənərbaxça” 1-1 hesablı bərabərlik əldə edərək vacib 2 xal itirmiş olub. Ev sahibi komanda “Elazığspor” uzun müddət, 83-cü dəqiqəyə kimi Onur Ayikin qolu ilə hesabda öndə olıb. Yalnız 83-cü dəqiqədə Məhmət Topal “Fənər”in bərabərlik qolunu vura bilib. 58-ci dəqiqədə Kristiyan Baroni qırımızı vərəqə alaraq, “Fənərbaxça”nı 1 nəfər azlıqda oynamağa məcbur edib. Bu bərabərlik nəticəsində lider “Fənər” əzəli rəqibi “Qalatasaray”ın ona bir qədər də yaxınlaşması üçün şərait yaradıb. Hazırda əzəli rəqiblər arasındakı xal fərqi 4-ə bərabərdir. “Fənərbaxça”  48 xalla I, “Qalatasaray” isə 44 xalla II-dir. 

İqbal