“Qafqazinfo”nun məlumatına görə, matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra “Rәvan”ın baş mәşqçisi Emin Quliyev jurnalistlərə açıqlama verib:
““Qarabağ”ı tәbrik edirәm. Komandamız gec bir yerә yığıldı. Hazırlıq az keçmişik. Bu da öz tәsirini göstәrdi. Bizim vurduğumuz qolda yan xәtt hakimi ilә söhbәt elәdim. Sәhvini etiraf etdi”.
Quliyev litvalı hücumçu Mindauqas Kolonasdan da danışıb:
“Bu futbolçunun mәsәlәsi hәlә dәqiq bilinmir. O qala da bilәr, gedә dә bilәr. Özü dә getmәk istәyir. Hәm dә 3 kiloqram artıq çәkisi var”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər