Nigerin paytaxtı Niameydə hava limanı yaxınlığında yanacaq tankeri partlayıb.
“Qafqazinfo” xəbər verir ki, qəzada 55 nəfər ölüb.
Nigerin daxili işlər naziri Bazoum Muhammed bildirib ki, ötən gün axşam tanker park edərkən aşıb. Daşıdığı yanacağın sızdığını görən ətrafdakı insanlar onu borularla çəkməyə başlayıblar. Bu zaman əraziyə yaxınlaşan motosikletin motorundakı qığılcım partlayışa səbəb olub.
Son xəbərlər
Son Xəbərlər