Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu

yanacaqdoldurma-menteqesinde-yuk-masinlari-toqqusdu
Oxunma sayı: 2536

Bərdə rayonunda (Bərdə - Yevlax avtomobil yolunun 5-ci kilometrliyi) yanacaqdoldurma məntəqəsinin ərazisində “КамАЗ” və "HOWO" markalı iki yük avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "HOWO" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.