Yanacaqla dolu yük avtomobili “LADA” ilə toqquşdu

yanacaqla-dolu-yuk-avtomobili-lada-ile-toqqusdu
Oxunma sayı: 1064

Bakının Qaradağ rayonunda “KAMAZ” markalı yanacaq daşıyan yük avtomobili ilə “LADA” markalı minik avtomobili ilə toqquşub.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə yanğınla müşayiət olunan yol qəzası baş verib.

Yanacaq daşıyan avtomobilin yanar hissələri və ətrafa dağılmış yanacaq yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 13.58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.