Yanan binanın sakinləri evlərinə köçüblər- - Fotolar

yanan-binanin-sakinleri-evlerine-kocubler-
Oxunma sayı: 727


“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, yanan mənzillərin hamısı təmir olunub və istifadəyə verilib.

Mənzilləri yanan sakinlər təmir işlərindən razı olduqlarını qeyd ediblər. Evlərinin əvvəlki təmiri ilə indiki vəziyyət arasında böyük fərq olduğunu söyləyiblər.

Sakinlərdən biri qeyd edib ki, yanan mənzillərin sahibləri 2 ay hər ay üçün 500 manat olmaqla kirayə pulu ilə təmin ediliblər: "Həmin müddətdə də mənzillər təmir olunub təhvil verildi. Hər bir yanan mənzilin sakininə 15 min manat kompensasiya verilib".

Buna baxmayaraq, onlar arasında narazı qalanlar da var: "Yanğın zamanı binanın yanmayan, lakin tüstü və yanğınsöndürənlərin istifadə etdiyi təzyiqli sudan müəyyən zərər çəkən mənzillərində heç bir təmir işləri aparılmayıb və həmin sakinlərə təzminat ödənilməyib".

Xatırladaq ki, Zığ şossesindəki sözügedən yanğından təxminən 1 ay sonra, mayın 19-u Binəqədi rayonunda da bənzər hadisə baş verdi. “Penoplast” material ilə üzlənən binanın alışması nəticəsində 14 nəfər vəfat edib, 54 nəfər isə xəsarət alıb.

“Qafqazinfo”