FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkdə olub.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.S. Muradxanovun yanmış meyiti aşkar olunub. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Murad Əhməd