Yanan maşındakı şəxsləri polislər xilas etdi - Video

yanan-masindaki-sexsleri-polisler-xilas-etdi
Oxunma sayı: 3397

Polislər Lənkəranda yanan maşında olan şəxsləri xilas ediblər.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 31-də axşam saatlarında Lənkəran şəhərində “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsinin mühərrik hissəsi qəfildən alışıb.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları çevik reaksiya göstəriblər. Avtomobildə olan şəxslər düşürülərək onların təhlükəsizliyi təmin edilib. Alovun avtomobili tam bürüməsinin qarşısı da polislər tərəfindən alınıb.

Həmin anı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb: