Yanan məktəbin şagirdlərinə tibb məntəqəsində dərs keçiriləcək

yanan-mektebin-sagirdlerine-tibb-menteqesinde-ders-kecirilecek
Oxunma sayı: 674

Ötən gün yanaraq yararsız hala düşən Tovuz rayon Nurəddin Sadıqov adına Alakol kənd orta məktəbinin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirəcəklər.

"Qafqazinfo" xəbər verir ki, bunu "Report"a rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov deyib.

O bildirib ki, kənd tibb məntəqəsinin 2-ci mərtəbəsi dizenfeksiya edilib və məktəbin invertarları ora daşınıb:"Mayın 4-dən etibarən məktəbin şagirdləri həmin binada təhsillərini davam etdirəcəklər. Yanan məktəbə Təhsil Nazirliyinin əməkdaşlarıda baxış keçirib. Yeni tədris ilində Alakol kəndində yeni məktəb binası inşa ediləcək".