“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verildi

yanar-dag-qorugu-dovlet-turizm-agentliyinin-tabeliyine-verildi
Oxunma sayı: 1030

Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarla təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu bundan sonra Dövlət Turizm Agentliyinin tabeliyidə fəaliyyət göstərəcək.

Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.