Yaponiyanın cənubunda yerləşən “Shinmoe” yanardağında partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Meteorologiya Agentliyi yanardağın hələ də kül püskürtdüyünü açıqlayıb.
Yerli əhaliyə isə hadisənin baş verdiyi ərazinin 2 kilometr məsafəsinə qədər yaxınlaşmaq qadağası qoyulub.
Qeyd edək ki, “Kyushu” adasında olan yanardağ 2017-ci ildə də partlamışdı.
Ülviyyə
Son xəbərlər
Son Xəbərlər