Yandırdığı parça ölümünə səbəb oldu

yandirdigi-parca-olumune-sebeb-oldu
Oxunma sayı: 2012

Biləsuvarda qadın yanıq xəsarətindən ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 18 radələrində Cəbrayıl sakinlərinin yaşadığı 9 saylı qəsəbədə baş verib.

Belə ki, Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə özü tərəfindən yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlifdərəcəli yanıq xəsarətləri alıb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.