Yanğın baş verən ərazidə yol tamamilə bağlandı

yangin-bas-veren-erazide-yol-tamamile-baglandi
Oxunma sayı: 2908

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. 

BNA sərnişinlərdən anlayış göstərmələrini xahiş edib. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edib.

Qeyd edək ki, yanğn tikinti materialları satılan “Eurohome”da baş verib.