Yanğın baş verən kənddən - Fotolar

yangin-bas-veren-kendden
Oxunma sayı: 1581

Xəbər verdiyimiz kimi, Qubanın Qarxun kəndində qasırğa yanğına səbəb olub.

FHN-in yaydığı məlumata əsasən, Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km-dən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. 

Hadisə nəticəsində sahəsi müvafiq olaraq 100 kv.m. və 80 kv.m. olan iki ədəd ev, sahəsi 100 kv.m. olan digər evin 30 kv.m. hissəsi, ümumi sahəsi 120 kv.m. olan 6 ədəd tövlə və 4 ədəd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

"Qafqazinfo" həmin kənddən fotoları təqdim edir:

Emin Gülağaoğlu