Yanğın olan məktəbdə əyani dərslər bərpa olundu

yangin-olan-mektebde-eyani-dersler-berpa-olundu
Oxunma sayı: 883

Ötən həftənin V günü yanğın baş vermiş Bakı şəhərindəki 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib.

Məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

Həmçinin oxuyun: Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi - Fotolar + Video + Yenilənib