Cinayət Məcəlləsinin 225-ci maddəsinə (Yanğın təhlükəsizliyi qaydalarını pozma) yeni bəndin əlavə edilməsi təklif edilir.
“Qafqazinfo” xəbər verir ki, 225.3- cü bəndə əsasən, eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda 225.2- ci maddəyə təklif edilən dəyişikliyə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan Məcəllədə isə bu müddət maksimum 7 ildir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər