Yanğın videosu köhnə imiş

Yanğın videosu köhnə imiş
Oxunma sayı: 1635

Bu gün sosial şəbəkələrdə Bakının mərkəzində yanğın baş verməsi haqda xəbər yayılıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, “Alov Qüllələri” kompleksi yaxınlığında çəkilən həmin video köhnədir və yeni yanğının baş verməsi haqda xəbər həqiqəti əks etdirmir. 

O əlavə edib ki, videodakı yanğın 3 il əvvəl, yəni 2017-ci ildə qeydə alınıb.