Yanğın zamanı qadın tüstüdən zəhərləndi

yangin-zamani-qadin-tustuden-zeherlendi
Oxunma sayı: 723

Samuxda yaşayış evində baş verən yanğın zamanı bir nəfər zəhərlənib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Alabaşlı qəsəbəsində baş verib. Yaşayış evində baş verən yanğın zamanı ev sahibəsi, 1965-ci il təvəllüdlü Hüseynova Laləzar tüstüdən zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib və evə buraxılıb.

Yanğın yerinə Samux rayon Yanğından Mühafizə hissəsinin iki avtomobili cəlb olunsada, alov kənd sakinlərin köməyi ilə söndürülüb.

Elmar Əli