Yanğına görə 20 marşrutun yolu dəyişdi

yangina-gore-20-marsrutun-yolu-deyisdi
Oxunma sayı: 867

Bakı Nəqliyyat Agentliyi dünən yanğın baş verən "Diqlas" ticarət mərkəzinin qarşısından keçən yolda hərəkətin məhdudlaşdırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini açıqlayıb. 

Qurumun sözçüsü Mais Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ötən gün baş verən yanğınla bağlı ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobusların istiqaməti dəyişdirilib: "Metronun "Xalqlar dostluğu" stansiyasından gələn avtobuslar Qara Qarayev prospketindən Bəhruz Quliyev küçəsindən keçməklə Bəkir Çobanzadə küçəsinə yönləndirilir.

Metronun "Qara Qarayev" stansiyasından gələn marşrut avtobuslar isə Rüstəm Rüstəmov küçəsinə yönləndirilməklə Məhsəti Gəncəvi və Bəkir Çobanzadə küçəsi ilə hərəkət edirlər. Dünən və bu gün nəqliyyatın fəaliyyətində hər hansı çətinlik müşahidə olunmayıb. Ümumilikdə, 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilib. Əhalidən xahiş edirik ki, yolda məhdudiyyət tətbiq olunduğu müddət ərzində şəxsi nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməsinlər, ictimai nəqliyyatdan istifadə etsinlər. 

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin texnikaları yolun hərəkət hissəsində işləyir. Bu işlər tamamlanana kimi yol bağlı olacaq".

Murad Əhməd

Foto: Nuran Məmmədov