Yanğına görə 5 nəfər xəstəxanaya çatdırılıb

yangina-gore-5-nefer-xestexanaya-catdirilib
Oxunma sayı: 1385

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirib ki, saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. 

Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var.

Qeyd edək ki, bu gün səhər saatlarında tikinti materialları satışı ilə məşğul olan “EuroHome”da yanğın baş verib.