Yanğında həlak olan tələbə üçün mərasim – - Univetsitetdə

yanginda-helak-olan-telebe-ucun-merasim-
Oxunma sayı: 4597


"Qafqazinfo" xəbər verir ki, mərasimdə çıxış edən Abel Məhərrəmov hadisədən bütün kollektivin sarsıldığını bildirib. O, Ülkərin çox fəal və ictimaiyyətçi tələbə olduğunu qeyd edib. Çıxışının sonunda onun və vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib. 

Anım mərasimində iştirak edən Ülkərin qrup yoldaşları "Qafqazinfo"ya onun sinif nümayəndəsi və qrupda seçilən qız olduğunu deyiblər: “Ülkər çox mədəni və çalışqan qız idi. Qrupumuzda 5 nəfər olduğu üçün çox yaxınıq. Hamı onu çox sevirdi, əla qiymətlərlə oxuyurdu. Uşaq vaxtı bir dəfə dənizdə boğulma təhlükəsi olub, ancaq dayısı onu xilas edib, sağ qalıb. Qismət indiyə imiş”. 

Sonda universitet kollektivi Ü. Eyvazovanın məzarını ziyarət edib.

Günel Hacı