Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri – Rafiq İsmayıl, Razim Əmiraslanlı, partiya fəalları və gənclər bir il əvvəl Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada baş verən yanğın nəticəsində həlak olanların xatirəsini yad edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, faciə baş verən binanın qarşısına gül dəstələri qoyulub. Həlak olanların xatirəsinə dualar oxunub.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər