Yanğında qızı öldü, nəvəsi yaralandı – - Rəsmi

yanginda-qizi-oldu-nevesi-yaralandi-
Oxunma sayı: 1159


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 14-də saat 12 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində Teymur Bağırovun yaşadığı 2 mərtəbəli 7 otaqlı evdə yanğın baş verib. 

Nəticədə 100 kvm. sahədə ev əşyaları yanıb, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdirilib.

Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapılıb.

Araşdırmalar aparılır. 

Murad Əhməd