Yanğında xəsarət alan 3 yaşlı uşaq vəfat etdi

yanginda-xesaret-alan-3-yasli-usaq-vefat-etdi
Oxunma sayı: 1173

Samux rayonunda yanğın zamanı xəsarət alan üç yaşlı uşaq xəstəxanada vəfat edib.

"Qafqazinfo"nun xəbərinə görə, yanğın bu gün rayonun Seyidlər kəndində baş verib.

Üç otağlı evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Emin oğlu Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasın dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli