Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

yanginda-xesaret-alanlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 1140

Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanğın ötən gün gecə saatlarında başlayıb. Hadisə yerinə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası cəlb edilib.Yanğında 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. 

2 nəfər qadına isə “stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.