Yanğınla bağlı Təcili Tibbi Yardım Xidmətinə 22 müraciət daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmadova Nərimanov rayonunda beşmərtəbəli yataqxanada baş vermiş yanğınla bağlı deyib.
O bildirib ki, müraciət edənlərdən 8-nə hadisə yerində ilkin tibbi yardım göstərilib. 14 nəfər isə Respublika Toksikologiya Mərkəzinə aparılıb: “Onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 2 nəfər isə hadisə zamanı ölüb”.
Son xəbərlər
Son Xəbərlər