Yanğında yaralananların vəziyyəti necədir? - Yenilənib

yanginda-yaralananlarin-veziyyeti-necedir
Oxunma sayı: 6693

TƏBİB "Park Qusar" hotelindəki yanğında xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən "Qafqazinfo" ya bildirilib ki, hadisə yerinə Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

***

Qusar rayonunda baş verən yanğınla əlaqədar xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasından Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 4 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində 1 nəfərin müalicəsinə davam edilir. Gövdənin ön və arxa səthinin termiki yanığı ilə pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həkim nəzarəti altındadır.