Yanğında zəhərlənən iki nəfər evə buraxıldı

yanginda-zeherlenen-iki-nefer-eve-buraxildi
Oxunma sayı: 872

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alan iki nəfər də ambulator müalicə üçün buraxılıb.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alındığı bildirilmişdi.

Qeyd edilmişdi ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb, 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.