Yanğından həlak olanların sayı artıb- - Statistika

yangindan-helak-olanlarin-sayi-artib-
Oxunma sayı: 1408


2013-cü il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış edilib.

“Qafqazinfo” xəbər verir ki, bunun 1963-ü çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 4897-si açıq sahələrdə, 378-i nəqliyyat vasitələrində, 1470-i digər yerlərdə baş vermiş yanğınlarla əlaqədar olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın hadisələri zamanı 61 nəfər həlak olmuş, 87 nəfər xəsarət alıb. Bu da 2012-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9 faiz, xəsarət alanlar üzrə 1 nəfər və ya 1 faiz çoxdu.