Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir.
Son xəbərlər
Son Xəbərlər