Yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub

yanginla-bagli-xestexanaya-9-nefer-daxil-olub
Oxunma sayı: 1844

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Bu barədə TƏBİB-dən “Qafqazinfo”ya bildirilib.

Məlumata görə, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd olunur ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.