Yanğınla əlaqədar bu yolda hərəkət məhdudlaşdırıldı - Fotolar

yanginla-elaqedar-bu-yolda-hereket-mehdudlasdirildi
Oxunma sayı: 2878

Yaşayış binasında baş verən yanğınla əlaqədar hazırda Təbriz-Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.