Yanğınlar nəticəsində 3 nəfər həlak olub

yanginlar-neticesinde-3-nefer-helak-olub
Oxunma sayı: 748

İtaliyanın mərkəzində və cənubunda davam edən meşə yanğınları nəticəsində 3 nəfər ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə milli yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Roma vilayətinin Tivoli şəhərində yanğın nəticəsində iki qadın ölüb. Yanğınsöndürənlər ölənlərin cəsədini tamamilə yanan evdə aşkar ediblər. Daha bir nəfər isə ölkənin cənubundakı Açerra şəhərində ölüb.

Ölkəni cənginə alan yanğınlar iyuldan başlayaraq davam edir.