Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.
“Qafqazinfo”nun DİN-in Mətbuat Xidmətinə istinadən məlumatına görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilib və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.
Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər