“Yanğınların səbəbi Çiprasın ateistliyidir” - Qəribə iddia

yanginlarin-sebebi-ciprasin-ateistliyidir
Oxunma sayı: 1732

Yunan mitropoliti Amvrosios Afina yaxınlığında başlamış meşə yanğınlarının səbəbkarı kimi baş nazir Aleksis Çiprası göstərib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, Çiprasın ateist olması səbəbindən Tanrının yunan xalqına qəzəbinin tutduğunu bildirib:

“Aleksis Çipras! Tanrının köməyi olmadan problemlər həll edilə bilməz. “Tanrım, xilas elə bizi” cümləsi ilə bütün yanğınlar söndürülə bilər. Çiprasın ateist olması Tanrını qəzəbləndirir. O və ateist dostları bütün fəlakətlərin səbəbkarıdır. Yanğın Gerania dağına düşən ildırımla başladı. Bu, göydən gələn açıq mesajdır”. 

Amvrosiosun bu sözləri Yunanıstan xalqının və baş Piskopos İeronimosun etirazına səbəb olub. Baş yepiskop Amvrosiosun Çiprasla bağlı sözlərinin “təəssüfedici” olduğunu deyib: “Adətən bunların şəxsi düşüncə olduğunu deyirik. Amma şəxsi düşüncələrdə də bir hədd olmalıdır. Tanrı sevgi deməkdir, intiqam almaz”.