“Qafqazinfo”nun məlumatına görə, model sosial şəbəkə vasitəsilə haqqında yanlış informasiya yayılmasından təngə gəldiyini bildirib: “Bu günə qədər cavab vermədim, ciddi qəbul etmədim, artıq bəsdi. Yanlış, uydurma, çirkin məlumatlar yazmaqdan əl çəkin. Çox üstümə gəlirsiniz, normal dostlarımla da görüşə bilmirəm. Bu qaralama kampaniyası nədir? Sizə görə ancaq qız dostlarımla çölə çıxıram, yanımda erkək milçək görsəniz, çirkin başlıqlarla mənimlə yazacaqsınız. Bir ölkədə istirahət etməyin bu qədər şişirdilməyini başa düşmürəm”.