İki gün öncə evində yanıq xəsarətləri alan Qüdrət Məhərrəmov xəstəxanada dünyasını dəyişib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə gecə saatlarında Mingəçevirdə, Təbriz küçəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib. Şəhər sakini 91 yaşlı Qüdrət Məhərrəmov yaşadığı mənzildə qaz sobasının yaxınlığında olarkən onun paltarı qəfildən alovlanıb. Yaşlı kişi özünü alovdan qurtarmaq üçün mənzildən çıxaraq qonşuları köməyə çağırıb. Ətrafdakılar 91 yaşlı kişini alovdan xilas ediblər. Qonşular mənzildə baş verə biləcək yanğının da qarşısını alıblar.
Q. Məhərrəmov təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən ahıl kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qüdrət Məhərrəmov həyat yoldaşı vəfat etdikdən sonra uzun müddətdir tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Elmar Əli



Son xəbərlər
Son Xəbərlər