“Qafqazinfo”nun məlumatına görə, Qurbanov avrokubokun bu mərhələsində zəif rəqib olmadığını qeyd edib:
“Püşkatmadan sonra “Yanq Boys” haqda kiçik araşdırma apardım. Maraqlı komandadı. Zəngin Avropa təcrübəsinə malikdilər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindi. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq.
Yəni, rəqibi canlı görmək başqadı. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyun gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.
Son xəbərlər
Son Xəbərlər