“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, komandanı Adi Hütter çalışdıracaq.
45 yaşlı mütəxəssis Bern təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, bu vəzifədə avqustun 5-də istefaya göndərilmiş Uli Forteni əvəzləyib.
Qeyd edək ki, "Qarabağ"la pley-off oyunlarında "Yanq Boyz"u meydana U.Fortenin köməkçisi Harald Qemperle çıxarıb.
Xatırladaq ki, Hütterin son komandası Avstriyanın "Zalsburq" klubu olub. Onun rəhbərlik etdiyi "Zalsburq" klubu ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı iki oyunun nəticəsinə görə üstələyərək (1:2, 2:0) "pley-off"a adlamışdı.
Son xəbərlər
Son Xəbərlər