Yanukoviç müxalifəti hədələdi

yanukovic-muxalifeti-hedeledi
Oxunma sayı: 1357


Bir qədər əvvəl bəzi kütləvi informasiya vasitələri müxalifət liderlərinin ölkə əhalisini odlu silahla Maydana çıxmağa çağırdıqlarını xəbər vermişdi.

Prezidentin müraciətində deyilir: "Onlar (müxalifət liderləri) adamları silaha sarılmağa çağırmaqla sərhədləri keçdilər. Bu isə görünməmiş qanun pozuntusudur. Qanunu pozanlar məhkəmə qarşısında dayanmalıdırlar və onlara cəza kəsilməlidir".

Yanukoviç, həmçinin məsələlərin dinc yolla nizamlanması tərəfdarlarını qan tökülməsinə təhrik edən radikal qüvvələrdən uzaqlaşmağa çağırıb.

Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib.

Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.