“Qafqazinfo” xəbər verir ki, Yanukoviç mətbuata göndərdiyi bəyanatında özünü hələ də ölkənin qanuni prezidenti hesab etdiyini bildirib:
“Mən Viktor Yanukoviç, Ukraya xalqına müraciət edirəm. Özümü hələ də Ukrayna vətəndaşlarının azad səsverməsi yolu ilə seçilən qanuni başçısı hesab edirəm...Hazırda Ukrayna Ali Radasında baş verənlər legitim xarakteri daşımır. Mən Rusiyadan şəxsi təhlükəsizliyimin qorunmasını xahiş etməyə məcburam”.
Bu arada Rusiya hökumətindən olan mənbə ölkəsinin Yanukoviçin təhlükəsizliyini təmin etməyə razılıq verdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər