Yanukoviçin monastrda gizləndiyi deyilir

yanukovicin-monastrda-gizlendiyi-deyilir
Oxunma sayı: 2417


 “Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Aleksandr Briqineç facebook hesabında yazıb: 

“Moskva patriarxlığı Ukraynada öz mənfi rolunu oynamağa davam edir. Vahid yerli kilsənin yaradılması məsələsini gündəmə gətirməliyik və dərhal. Yanukoviçi Moskva patriarxlığının monastrlarından birində mühafizəçiləri və yaxın əhatəsi ilə birgə tapıblar. Onun yanında olan insanların sayı təxminən mindir”.

Qeyd edək ki, daha əvvəl Yanukoviçin Krımda saxlanıldığı deyilsə də, ölkənin Təhlükəsizlik Xidməti bu xəbəri təkzib edib.